...

“FINCA Azerbaijan” iki yeni ofis açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2013 10:59 (UTC +04:00)
2012-ci ilin yanvar ayının 23-də "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Şirvan və Saatlı şəhərlərində yeni ofislərin açılış mərasimlərini keçirib.
“FINCA Azerbaijan”  iki yeni ofis açıb

2012-ci ilin yanvar ayının 23-də "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Şirvan və Saatlı şəhərlərində yeni ofislərin açılış mərasimlərini keçirib.

Tədbirlərdə iştirak edən "FINCA Azerbaijan"ın direktoru Maniş Sane və digər rəhbər şəxslər, yerli İcra Hakimiyyəti orqanların nümayəndələri və maliyyə təşkilatların mütəxəssisləri yeni, müasir, müştərilərə rahat və sürətli maliyyə xidmətləri göstərən ofislər ilə tanış olublar. Qonaqlara "FINCA Azerbaijan"nın uğurla həyata keçirdiyi müxtəlif layihələr haqqında məlumat verildi, həmçinin Şirvan və Saatlı ofisləri ilə uzun müddət ərzində əməkdaşlıq edən müştərilərə təşkilat tərəfindən hədiyyələr təqdim olunub.

Şirvan Filialı və Saatlı sub-ofisi şəxsi bizneslərini qurmaq və inkişaf etdirmək istəyən, ticarət, xidmət, kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarlara rahat şərtlərlə, qısa müddət ərzində 50-50.000 ABŞ dolları məbləğində Kənd Kredit Qrupu, Həmrəy Kredit Qrupu, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkar Krediti, Fərdi Kənd Krediti və digər kredit məhsullarını təklif edir.

14 il Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" ölkə ərazisində 29 filial və 35 market ofisi vasitəsilə 135,000 nəfərdən artıq müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 150 miliona yaxın USD təşkil edir. Bu göstəricilərə görə FINCA Azerbaijan təkcə ən böyük Mikro Maliyyə Təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti