...

"FINCA Azerbaijan"ın Bərdə filialı kredit portfelini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2013 19:24 (UTC +04:00)
Qərb regionunda yaşayan və şəxsi bizneslərini qurmaq və inkişaf etdirmək istəyən kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərən "FINCA Azerbaijan"ın Bərdə filialı kredit portfelini 5 milyon dollara çatdırıb.
"FINCA Azerbaijan"ın Bərdə filialı kredit portfelini artırıb

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Qərb regionunda yaşayan və şəxsi bizneslərini qurmaq və inkişaf etdirmək istəyən kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərən "FINCA Azerbaijan"ın Bərdə filialı kredit portfelini 5 milyon dollara çatdırıb.

"FINCA Azerbaijan"dan çərşənbə günü Trend-ə verilən məlumata görə, 2007-ci ildən fəaliyyət göstərən Bərdə filialı 31 nəfər işçi heyəti ilə Ağdam, Bərdə və Tərtər rayonlarında yaşayan 6 000 nəfərdən çox ticarət, xidmət, kənd təsərrüfatı ilə məşğul olan sahibkara 50 - 50 000 dollar məbləğində Kənd Kredit Qrupu, Həmrəy Kredit Qrupu, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkar Krediti, Fərdi Kənd Krediti kredit məhsullarını verir.

Bərdə şəhəri, H.Əliyev pros., 94 A ünvanında yerləşən filial müştərilərə həftənin 5 günü, saat 09:00-dan - 18:00-dək (13:00 - 14:00 nahar fasiləsi) xidmət göstərir.

14 il Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" ölkə ərazisində 30 filial və 34 market ofisi vasitəsilə 135 min nəfərdən artıq müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 150 milyona yaxın dollar təşkil edir. Bu göstəricilərə görə "FINCA Azerbaijan" təkcə ən böyük mikromaliyyə təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti