...

"AtaBank" VISA plastik kartları ilə promo kampaniyaya start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2013 12:38 (UTC +04:00)
"AtaBank" ASC və "VISA International" şirkəti "VISA kartı ilə ödəyin və təminatlı mükafat alın" adlı birgə promo kampaniyaya start veriblər.
"AtaBank" VISA plastik kartları ilə promo kampaniyaya start verib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

"AtaBank" ASC və "VISA International" şirkəti "VISA kartı ilə ödəyin və təminatlı mükafat alın" adlı birgə promo kampaniyaya start veriblər. Bankdan Trend-ə verilən məlumata görə, kampaniya müddəti 3 ay "Neptun" supermarketində 15 fevral 2013-cü il - 15 may 2013-cü ilədək davam edəcək.

VISA kartı ilə hər dəfə alış-veriş edən hər kəs xüsusi hədiyyələr qazanacaq. Alış-verişin məbləği çox olduqca hədiyyənin dəyəri də artır.

Bütün VISA kartları aksiyada istifadə oluna bilər. "AtaBank" ASC-nin keçirdiyi birgə aksiya VISA kartlarının istifadəsi zamanı rahatlığı, sürəti və sadəliyi dəyərləndirməyə imkan verəcək.

VISA kartı ilə alış-veriş edərkən, hədiyyə qazan!

- Visa kartla 01-20 AZN ödəndikdə, kart sahibləri promoterdən soyuducu üçün maqnit;
- 21- 50 AZN ödəndikdə, ekoloji çantalar;
- 51-100 AZN ödəndikdə, brend çətir və ya termo-fincan;
- 101 AZN və daha artıq dəyərində alış-veriş edənlər isə üzərində "Visa" loqosu olan cüzdan və ya USB əldə edəcəklər.

Hazırda "AtaBank" ASC-nin 24 filialı fəaliyyət göstərir. Onlardan 12-si Bakı şəhərində, 10-u isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir. 1 fevral 2013 il tarixinə bank tərəfindən quraşdırılmış POS-terminalların sayı 9279 ədəd təşkil edib.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank"ın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə aşağıdakı səhifəsini ziyarət edə bilərlər: www.facebook.com/AtaBank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti