...

"FINCA Azerbaijan" kredit portfelini 175 milyon dollara çatdırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2013 13:55 (UTC +04:00)
"FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı kredit portfelini 175 milyon dollara çatdırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü təşkilatın icraçı direktoru Maniş Sane mətbuat konfransında deyib.
"FINCA Azerbaijan" kredit portfelini 175 milyon dollara çatdırmağı planlaşdırır

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir A.Bədəlova/

"FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı kredit portfelini 175 milyon dollara çatdırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü təşkilatın icraçı direktoru Maniş Sane mətbuat konfransında deyib.

Sane qeyd edib ki, hazırda təşkilatın kredit portfeli 153,47 milyon dollar təşkil edir.

Onun sözlərinə görə, ötən il təşkilat üçün uğurlu olub.

"Ötən il təşkilatın ümumi kredit portfeli 2011-ci illə müqayisədə 30 faiz artıb, eyni zamanda, müştərilərin sayı 14 faiz artıb", - Sane bildirib.

Sanenin sözlərinə görə, 2013-cü il fevralın 8-nə olan vəziyyətə görə, "FINCA Azerbaijan"ın müştərilərinin sayı 137 940 təşkil edib. Sane bildirib ki, cari ilin sonuna bu göstəricini 150 minə çatdırmaq planlaşdırılır.

Kiçik və orta sahibkarlara göstərilən xidmətin keyfiyyətini artırmaq üçün təşkilat ötən ilin fevral və iyul aylarında bütün kredit məhsulları üzrə faiz dərəcələrini azaltmışdı. Sanenin sözlərinə görə, faiz dərəcələrinin azaldılması üzrə planlar bu il üçün də saxlanılır.

Təşkilatın bu ilə olan planlarından danışan Sane qeyd edib ki, 2013-cü ilin sonuna iki yeni filialın açılması gözlənilir, onlardan biri Bakıda, digəri isə bölgədə yerləşəcək.

"Bundan başqa, 134 subofisdən dördünü filial şəklində formalaşdırmaq planlaşdırılır", - Sane deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti