...

"FINCA Azerbaijan" qadınlar üçün güzəştli kredit kampaniyasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2013 16:48 (UTC +04:00)
"FINCA Azerbaijan" 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara öz hədiyyəsini vermək məqsədilə yeni kampaniyaya başlayır.
"FINCA Azerbaijan" qadınlar üçün güzəştli kredit kampaniyasına başlayır

Azərbaycan, Bakı, 21 fevral /Trend/

"FINCA Azerbaijan" 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara öz hədiyyəsini vermək məqsədilə yeni kampaniyaya başlayır. 1-15 mart tarixlərində FINCA-dan kredit götürən bütün xanımlara kredit faizlərində 2 faiz güzəşt ediləcək.

Təşkilatdan cümə axşamı Trend-ə verilən məlumata görə, kampaniya müddətində kənd təsərrüfatı, istehsalat, ticarət və xidmət sahələrində çalışan bütün xanımlar asan sənədləşmə ilə, qısa müddət ərzində 50 min ABŞ dolları məbləğinə qədər kreditləri daha sərfəli faizlər ilə əldə edə biləcəklər.

Xatırlatmaq istəyirik ki, öz müştərilərinə daim sərfəli şərtlərlə yüksək səviyyədə maliyyə xidmətləri göstərən "FINCA Azerbaijan" ötən il ərzində kredit faizlərində iki dəfə endirim etmişdir.

15 ilə yaxındır Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" QBKT ölkə ərazisində 30 filial və 34 market ofisi vasitəsilə 135,000 nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 153 milyondan artıq ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə "FINCA Azerbaijan" təkcə ən böyük Mikro-maliyyə Təşkilatı deyil, həmçinin, ölkənin ən böyük bankları arasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti