...

BVF Azərbaycanın qiymətli kağızlar bazarı sahəsində əməkdaşlığın yeni yollarını müəyyənləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2013 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının üzvləri ilə görüş keçirilib.

Trend-in çərşənbə günü komitənin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycanın qiymətli kağızlar bazarının inkişaf meyilləri, o cümlədən son illərdə bu istiqamətdə aparılmış islahatlar barədə ətraflı məlumat verib.

Aslanlı Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının və Dünya Bankı ilə imzalanmış "Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi" çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq bazarda yeni imkanların yarandığını vurğulayıb.

Aslanlı qiymətli kağızlar bazarının inkişafı üçün böyük əhəmiyyət kəsb edən Listinq məsləhət proqramının yaxın müddət ərzində fəaliyyətə başlayacağını və formalaşmaqda olan kapital bazarları üzrə ixtisaslaşmış təlim mərkəzi çərçivəsində treninq, təlim və məsləhət xidmətlərinin göstərilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Görüşdə BVF nümayəndə heyətinin rəhbəri Raca Almarzoqi Azərbaycana missiyası çərçivəsində komitə ilə məsləhətləşmələrin aparılması və beynəlxalq təşkilat tərəfindən təklif edilən tövsiyyələr əsasında qiymətli kağızlar bazarına dair yeni əməkdaşlıq imkanlarının müəyyən edilməsi istiqamətində həyata keçirildiyini bildirərək, ölkədə qiymətli kağızlar bazarında aparılan islahatlardan məmnunluğnunu bildirib.

Daha sonra QKDK ilə BVF arasında gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti