...

Azərbaycanda yollarda təhlükəsizliyin təmin olunması ilə bağlı strategiya hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2013 11:09 (UTC +04:00)
Nəqiliyyat Nazirliyi yollarda təhlükəsizliyin təmin olunması ilə bağlı strategiyanın hazırlanması prosesini yekunlaşdırıb.
Azərbaycanda yollarda təhlükəsizliyin təmin olunması ilə bağlı strategiya hazırlanıb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.İsmayılov/

Nəqiliyyat Nazirliyi yollarda təhlükəsizliyin təmin olunması ilə bağlı strategiya hazırlanması prosesini yekunlaşdırıb. Trend-in məlumataına görə, bu barədə çərşənbə günü Niderland sıfirliyi tərəfindən təşkil olunan seminarda Azərbaycanın nəqiliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Strategiya baxılmaq üçün artıq müvafiq orqanlara təqdim olunub. Onun əsas istiqamətlərindən biri kimi təhlükəsizlik yol infrasturukturunun yaradılması, yolların işıqlandırılmasının təmin olunması, yol işarələrinin quraşdırılması və s. nəzərdə tutulub", - Pənahov bildirib.

Onun sözlərinə görə, son illər ərzində Azərbayacanda nəqiliyyat sektorunda böyük işlər görülüb. Yol-nəqiliyyat infrasturukturunun qurulması öz növbəsində, avtomobillərin sayının çoxalmasına gətirib çıxarıb ki, bu da müvafiq olaraq qəzaların sayının artması ilə nəticələnib. Nümunə kimi göstərmək olar ki, Azərbaycanın müstəqilliyinin ilk illərində avtomobillərin sayı 200 mindən bir az artıq idisə, hazırda bu göstərici 1,15 milyon ədəddir.

Ötən il 2011-ci ilə nisbətən ölümlə nəticələnən avtomobil qəzalarının sayı 6 faizə qədər artıb. Nazir müavininin fikrinə görə, bu göstəricinin aşağı salınması üçün bütün lazımi tədbirlər görülməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti