...

Azərbaycanın sığorta şirkəti Əfqanıstanda təyyarənin qəzaya uğraması ilə bağlı 600 min manat ödəniş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2013 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

"Atəşgah Həyat" Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə Azərbaycan tarixində ən iri sığorta ödənişini həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, ödəniş Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silkway" aviaşirkətinə məxsus İL-76 4K-AZ 55 yük təyyarəsinin "Atəşgah Həyat" SŞ-də sığortalanmış ekipaj üzvlərinin həlak olması hadisəsinə görə həyata keçirilib.

Bu hadisə üzrə faydalanan şəxslərə - mərhumun qohumlarına verilən sığorta ödənişinin məbləği 600 min manat təşkil edib.

Azərbaycan Respublikasının vətəndaşları olaraq, onlar 2010-ci ilin dekabrından tətbiq olunan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna uyğun olaraq sığortalanmışdılar.

Qeyd edək ki, "Atəşgah Həyat" SŞ - 2008-ci ilin dekabrında Azərbaycanda təsis edilmiş ilk həyat sığortası şirkəti, bu qanunla bağlı sığorta xidmətlərini 2010-ci ilin dekabrından təqdim etməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti