...

"FINCA Azerbaijan"ın Quba filialının kredit portfeli 17 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2013 19:05 (UTC +04:00)
Fəaliyyətində yüksək professionallığa, hər bir müştəriyə fərdi yanaşma və innovasiyaya böyük diqqət ayıran "FINCA Azerbaijan"ın Quba filialı uğurlu fəaliyyətinin 7 illiyini qeyd edir.
"FINCA Azerbaijan"ın Quba filialının kredit portfeli 17 faiz artıb

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Fəaliyyətində yüksək professionallığa, hər bir müştəriyə fərdi yanaşma və innovasiyaya böyük diqqət ayıran "FINCA Azerbaijan"ın Quba filialı uğurlu fəaliyyətinin 7 illiyini qeyd edir.

"FINCA Azerbaijan"dan cümə axşamı Trend-ə verilən məlumata görə, Quba şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanında yerləşən Quba filialı 42 nəfərdən ibarət olan işçi heyətinin peşəkar əməyi nəticəsində kredit portfelini ötən illə müqayisədə 17% artıraraq 6,3 milyon dollara, müştəri sayını isə 21% artıraraq 7000 nəfərə çatdırıb.

Filial Quba, Qusar və Xaçmazda yaşayan ticarət, xidmət, istehsalat və təsərrüfatla məşğul olan orta və kiçik sahibkarlara rahat və əlverişli şərtlərlə, qısa müddət ərzində 50 000 dollar məbləğinədək Kənd Kredit Qrupu, Həmrəy Kredit Qrupu, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkar Krediti, Fərdi Kənd Krediti kredit məhsullarını təklif edir.

Əlavə məlumat əldə etmək üçün *2525 Məlumat Mərkəzinə müracitə etmək olar.

15 ilə yaxın Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" QBKT yarandığı tarixdən bu günədək müştərilərinə 635 milyona yaxın dollar məbləğində kreditlər verib. Təşkilat ölkə ərazisində 30 filial və 34 market ofisi vasitəsilə 137 min nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 153 milyondan artıq dollar təşkil edir. Bu göstəricilərə görə "FINCA Azerbaijan" təkcə ən böyük mikromaliyyə təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti