Azərbaycan, Bakı, 18 aprel /Trend/
"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə növbəti iri sığorta ödənişi həyata keçirib.
Şirkətdən Trend-ə verilən məlumata görə, "Atəşgah Həyat"da sığortalanmış sənaye müəssisələrindən birinin əməkdaşı bədbəxt hadisə nəticəsində gözündən aldığı zədə səbəbindən əmək qabiliyyətini qismən itirmiş və 3-cü qrup əlil kimi qeydiyyata düşmüşdür. Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 39 500 AZN təşkil edib. Məbləğ zərərçəkmiş şəxsə təqdim edilib.
Başqa bir ödəniş nəqliyyat müəssisəsinin əməkdaşının yol-nəqliyyat hadisəsi nəticəsində həlak olması hadisəsinə görə həyata keçirilib. Sığorta ödənişi 13 046 AZN təşkil edib və mərhumun qohumlarına təqdim edilib.
Qeyd edək ki, "Atəşgah Həyat" SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə yanaşı, həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası və digər xidmətləri təklif edir.