...

Mərkəzi Bankda pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili mövzusunda seminar keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2013 16:17 (UTC +04:00)
Mərkəzi Bankın Nağd pul departamenti tərəfindən silsilə tədbirlər çərçivəsində kredit təşkilatlarının nağd pul sahəsində çalışan əməkdaşları üçün pul nişanlarının inkişafı və saxtalaşdırılmasına qarşı mübarizənin təşkili mövzusunda növbəti seminar keçirilmişdir.
Mərkəzi Bankda pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili mövzusunda seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycan Mərkəzi Bankının Nağd pul departamenti tərəfindən silsilə tədbirlər çərçivəsində kredit təşkilatlarının nağd pul sahəsində çalışan əməkdaşları üçün pul nişanlarının inkişafı və saxtalaşdırılmasına qarşı mübarizənin təşkili mövzusunda növbəti seminar keçirilmişdir.

Bankdan Trend-ə verilən məlumata görə, seminarda pul nişanlarının inkişafı, onun mühafizə fəlsəfəsi, saxta pul çapına qarşı mübarizə, bu sahədə Mərkəzi Bankın rolu və həyata keçirdiyi siyasət barədə təqdimat və məruzələr edilmişdir.

Seminar iştirakçılarına bildirilmişdir ki, ölkə iqtisadiyyatının, eləcə də ölkənin bank və ödəniş sistemlərinin dinamik inkişafı şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaratmışdır.

Lakin müasir dövrdə kompüter və surətçıxarma texnologiyalarının intensiv inkişaf etməsi, əsginazların mühafizəsi üçün istifadə olunan texnologiyaların digər sahələrdə də istifadə olunması manatın saxtalaşdırılması üzrə potensial riskləri artırır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı müvafiq tədbirlərin gücləndirilməsini tələb edir.

Daha sonra seminar iştirakçılarına "Pul nişanlarının ekspertizasının təşkili" mövzusunda təqdimat keçirilmişdir.

Qeyd edək ki, kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və əməkdaşların bu sahədə maarifləndirilməsi üçün Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir, həmçinin bu sahədə banklara müvafiq texniki yardımlar göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti