Azərbaycan, Bakı, 21 may/Trend/
Ölkənin ən böyük banklarından biri olan "PAŞA Bank" və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Quba şəhərində səhmdar cəmiyyətlərində (SC) korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılmasına dair regional video-konfrans keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "PAŞA Bank"ın yaydığı məlumatda deyilir.
Konfransda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının SC nümayəndələri, eləcə də, QKDK rəhbərliyi və "PAŞA Bank"ın aparıcı mütəxəssisləri iştirak ediblər.
Tədbirdə QK bazarının indiki vəziyyəti və meyllər, SC-lərin işi və onların fəaliyyətinin milli qanunvericiliyə uyğunlaşdırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi və hesabatlılığın təqdim edilməsi, audit qruplarının daxil edilməsi və digər məsələlər müzakirə edilib.
Tədbir "sual-cavab" sessiyası ilə başa çatmışdır. QKDK-nin və "PAŞA Bank"ın mütəxəssisləri səhmdar cəmiyyətlərin nümayəndələrinin suallarına ətraflı cavab verdilər.
"PAŞA Bank" - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də: kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 207 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur.
"PAŞA Bank" Azərbaycanın iri investisiya Xoldinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da "PAŞA" şirkətlər qrupuna aiddir.