...

BSEC Business Council və AZPROMO arasında anlaşma memorandumu imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2013 14:38 (UTC +04:00)
Black Sea Economic Cooperation Organization (BSEC) Business Council və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında anlaşma memorandumu imzalanıb.
BSEC Business Council və AZPROMO arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E. Əliyev/

Black Sea Economic Cooperation Organization (BSEC) Business Council və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, sənəd Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Müdirlər Şurasının XV illik yığıncağı çərçivəsində cümə günü Bakıda keçirilən biznes forumun yekunu üzrə imzalanıb.

AZPROMO-nin rəhbəri Rüfət Məmmədovun sözlərinə görə, bu sənəd iki tərəf üçün çox vacibdir:

"Sənəd qarşılıqlı əməkdaşlıq üçün yeni mərhələyə qədəm qoymağa imkan verəcək və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti