...

Twizy Cargo – biznesə yeni töhfə

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2013 13:29 (UTC +04:00)
"Twizy" ailəsinə yükdaşıma üçün nəzərdə tutulan yeni avtomobil modeli – Twizy Cargo da qoşuldu.
Twizy Cargo – biznesə yeni töhfə

Azərbaycan, Bakı, 1 iyul /Trend/

"Twizy" ailəsinə yükdaşıma üçün nəzərdə tutulan yeni avtomobil modeli - Twizy Cargo da qoşuldu. Avtomobilin arxa hissəsində geniş yük yeri və qapılar var. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Renault"un yaydığı məlumatda deyilir.

Twizy Cargo ağıllı, maraqlı görkəmə malik, universal, tam elektriklə işləyən yüngül kommersiya avtomobilidir.

Twizy Cargo-nun səciyyəvi xüsusiyyətləri qısaca olaraq bunlardır:

- Arxa oturacaq yerində 75 kq yük üçün nəzərdə tutulan 180 l həcmində yük yeri
- Qapıların qıfılla açılıb-bağlanması sayəsində yükü arxadan yerləşdirmək imkanı
"Twizy" Avropada ən populyar elektromobildir. Onun keyfiyyəti kommersiya istifadəçilərinə yaxşı məlum olduğundan alıcıların da 60%-i məhz hüquqi şəxslərdir. Kifayət qədər manevrli, istismar xərcləri, demək olar ki, sıfıra bərabər olan, idarəolunmada inanılmaz dərəcədə sadə avtomobildir. "Twizy" işgüzar səfərlər üçün ideal tərəfdaşdır.

Yeni Twizy irəliyə doğru hərəkətdədir...

Twizy Cargo avtomobili Renault Tech tərəfindən Renault Sport Technologies ilə birgə hazırlanmış son dərəcə funksional nəqliyyat vasitəsidir. Onun ən böyük üstünlüyü 90 dərəcə bucaq altında açılan arxa qapılarla təchiz edilmiş 180 litr (75 kq) həcmində yük yerinə malik olmasıdır. Bunun üçün arxa hissə "qısaldılmış" və sərnişin oturacağı götürülmüşdür. Ön oturacağı əvvəlki kimi tənzimləmək mümkündür, yük yerinin qapısındakı qıfıl isə avtomobilin işə salındığı açarla açılır.

İndi kommersiya xarakterli cüzi modifikasiyalarla təqdim edilən əsl şəhər avtomobili Twizy Cargo ilk növbədə ekspress-daşımalar, təxirəsalınmaz xidmətlər, o cümlədən, liftlərin təmiri, poçt xidmətləri üçün nəzərdə tutulub. Bu kifayət qədər gözəçarpan avtomobildir, onu öz istəyinizə uyğun bəzəmək və zövqünüzə tam uyğunlaşdırmaq olar.

Bu yığcam avtomobil qoruyucu karkas, 4 nöqtəli qoruma kəməri və yastığı da daxil olmaqla ənəvi avtomobillərə xas olan təhlükəsizlik səviyyəsinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti