...

Azərbaycanda indiyədək 276 km dəmir yolu əsaslı təmir olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2013 08:37 (UTC +04:00)
Bakı-Böyük Kəsik istiqamətində 317 km dəmir yolunun əsaslı təmiri davam edir.
Azərbaycanda indiyədək 276 km dəmir yolu əsaslı təmir olunub (FOTO)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Bakı-Böyük Kəsik istiqamətində 317 km dəmir yolunun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün dəmir yolunun Yevlax-Malay mənzilində 5 kilometr yolun əsaslı təmirinə başlanılıb. Səhər tezdən start götürən təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini QSC-nin "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 276,1 kilometr yol əsaslı təmir olunub ki, bunun da 205 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti