...

Bakıda "World Food" beynəlxalq qida məhsulları sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2013 13:56 (UTC +04:00)
Sentyabrın 5-də Türkiyənin İstanbul şəhərində təşkil olunan "World Food" Beynəlxalq Qida Məhsulları və Texnologiyaları sərgisində qərara alınıb ki, növbəti belə sərgi Bakıda keçirilsin.
Bakıda "World Food" beynəlxalq qida məhsulları sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 7 sentyabr/Trend, müxbir E. Əliyev/

Sentyabrın 5-də Türkiyənin İstanbul şəhərində təşkil olunan "World Food" Beynəlxalq Qida Məhsulları və Texnologiyaları sərgisində qərara alınıb ki, növbəti belə sərgi Bakıda keçirilsin. Bu barədə Trend-ə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) məlumat veriblər.

ASK prezidenti Məmməd Musayevin başçılığı ilə Konfederasiyanın nümayəndə heyəti də həmin tədbirdə iştirak etmək üçün Türkiyəyə ezam olunmuşdu.

ASK-nın prezidenti öz çıxışında iki ölkə arasında iqtisadi, mədəni əlaqələrin daim inkişaf etdiyini vurğulayıb, fikrini real rəqəmlərlə əsaslandırıb: "2000-ci ildə xarici ticarət dövriyyəsi 134,76 min dollar olduğu halda, 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi 2120,4 milyon ABŞ dollarına çatıb. Bu rəqəm Rusiya və ABŞ-dan sonra III yer deməkdir. İndi Azərbaycanın Türkiyədən idxalı 1520,4 milyon ABŞ dolları, Türkiyəyə ixracı isə 600 milyon ABŞ dolları təşkil edir".

Səfərin əsas məqsədi beynəlxalq təcrübə, sahibkarlığın inkişafı, Azərbaycanın iş adamlarının yeni texnologiyalarla tanışlığı, Türkiyənin ixrac texnikası, avadanlıqları ilə yaxından təmas və ticarət əlaqələrinin genişləndirilməsi kimi zəruri məsələləri əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti