...

Nazir müavini: Qlobal rəqabət qabiliyyəti reytinqində Azərbaycanın mövqeyinin yaxşılaşması xarici borcların cəlb edilməsinə təsir edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2013 13:29 (UTC +04:00)
Dünya İqtisadi Forumunun (DİF) "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması xarici borcların cəlb edilməsi məsələsində müsbət rol oynayacaq.
Nazir müavini: Qlobal rəqabət qabiliyyəti reytinqində Azərbaycanın mövqeyinin yaxşılaşması xarici borcların cəlb edilməsinə təsir edəcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A. Axundov/

Dünya İqtisadi Forumunun (DİF) "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması xarici borcların cəlb edilməsi məsələsində müsbət rol oynayacaq.

Bu barədə çərşənbə axşamı Trend-ə maliyyə nazirinin müavini Azər Bayramov deyib. Onun sözlərinə görə, yerli iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinin 4,41-dən 4,51-dək yüksəlməsi də ölkəyə investisiyaların artmasına müsbət təsir edəcək.

A.Bayramov qeyd edib ki, Azərbaycanın mövqeyinin belə ciddi yaxşılaşması (7 bənd) ölkə iqtisadiyyatının artmasının gerçək təzahürüdür.

DİF-in hər il tərtib etdiyi hesabata görə, 2013-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Azərbaycan ötən illə müqayisədə mövqeyini 7 bənd yaxşılaşdırıb.

Azərbaycan rəqabət qabiliyyəti indeksi üzrə artıq beşinci ildir ki, MDB məkanında liderdir. Sonrakı yerləri Qazaxıstan (50-ci yer), Rusiya (64), Gürcüstan (72), Ermənistan (79), Ukrayna (84) və s. tuturlar.

Qlobal rəqabət qabiliyyəti səviyyəsinə görə ilk beşlikdə yer almış ölkələr İsveçrə (5.67 bal), Sinqapur (5.61), Finlandiya (5.54), Almaniya (5.51) və ABŞ-dır (5.48).

DİF rəqabət qabiliyyəti indeksinin hesablanması üçün 12 göstəricidən istifadə edir: "Bunlar institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ibtidai təhsil, ali təhsil və peşəkar hazırlıq, əmtəə və xidmətlər bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabət qabiliyyəti və innovasiya potensialıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti