...

Bank Respublika onlayn kredit sifarişi xidmətini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2013 15:56 (UTC +04:00)
Şəxsi vaxtlarına qənaət edən və kredit şərtlərini öz istəklərinə maksimum dərəcədə uyğun rəsmiləşdirmək istəyində olanlar üçün Bank Respublika kreditləri onlayn rejimində bankın rəsmi internet (www.bankrespublika.az) və "Facebook" səhifələri vasitəsilə sifariş etməyi təklif edir.
Bank Respublika onlayn kredit sifarişi xidmətini təklif edir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Şəxsi vaxtlarına qənaət edən və kredit şərtlərini öz istəklərinə maksimum dərəcədə uyğun rəsmiləşdirmək istəyində olanlar üçün Bank Respublika kreditləri onlayn rejimində bankın rəsmi internet (www.bankrespublika.az) və "Facebook" səhifələri vasitəsilə sifariş etməyi təklif edir.

Burada müştərilər nağd kreditlər, təmir krediti, biznes və aqro kreditlərini sifariş edə bilərlər. Kreditin sifarişi üçün sadə onlayn ərizəni doldurub təsdiqləmək kifayət edir.

Ərizə banka daxil olduqda bank mütəxəssisi konsultasiya və kreditin təqdim edilməsinə dair məlumatı vermək üçün operativ qaydada müştəri ilə əlaqə saxlayır və münasib bir vaxtda kreditin rəsmiləşdirilməsi üçün müştərini ona yaxın filiala dəvət edir.

Bank Respublika-dan kredit almağın üstünlüklərindən biri krediti banka gəlmədən, bankın rəsmi saytı, bankomatları və ya mobil bank vasitəsilə ödəmək imkanlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti