...

Rüfət Aslanlı: Azərbaycanın rəqabət qabiliyyəti reytinqində mövqeyinin yaxşılaşması investorlar üçün siqnaldır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2013 16:01 (UTC +04:00)
Dünya İqtisadi Forumunun (DİF) "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında Azərbaycanın mövqeyinin xeyli yaxşılaşması daxili və xarici investorlar üçün siqnal olacaq.
Rüfət Aslanlı: Azərbaycanın rəqabət qabiliyyəti reytinqində mövqeyinin yaxşılaşması investorlar üçün siqnaldır

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir A.Axundov/

Dünya İqtisadi Forumunun (DİF) "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında Azərbaycanın mövqeyinin xeyli yaxşılaşması daxili və xarici investorlar üçün siqnal olacaq. Bu barədə Trend-ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşması investorlara ölkənin daha rəqabət qabiliyyətli və sabit olması barədə siqnaldır.

QKDK sədri qeyd edib ki, bu, hökumətin biznes mühitinin yaxşılaşdırılması, investorlar, əmanətçilərin hüquqlarının qorunması, biznesin aparılması sisteminin sadələşdirilməsi istiqamətində apardığı gündəlik işin nəticəsidir: "Bu nəticə daha çox yeni müəssisə və iş yerləri açmağa imkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti