...

Azərbaycan banklarının hüquq menecerleri və mütəxəssislərinin növbəti iclası ilin sonunda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2013 15:23 (UTC +04:00)
Azərbaycan banklarının hüquq menecerleri və mütəxəssislərinin növbəti iclası bu ilin dekabr ayında keçiriləcək.
Azərbaycan banklarının hüquq menecerleri və mütəxəssislərinin növbəti iclası ilin sonunda keçiriləcək

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycan banklarının hüquq menecerleri və mütəxəssislərinin növbəti iclası bu ilin dekabr ayında keçiriləcək.

Azərbaycan Risk Peşəkarları Assosiasiyasından Trend-ə verilən məlumata görə, sentyabrın 26-da assosiasiyanın təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı banklarının hüquq menecerlerinin və mütəxəssislərinin toplantısı keçirilib.

Toplantıya Azərbaycan Mərkəzi Bankının Hüquq Departamentinin direktoru, əməkdar hüquqşünas Rəna Məlikova, "AtaHolding" ASC-nin Hüquq Departamentin direktoru Qorxmaz Ağayev də qatılıb.

İclasın gündəliyinin əsasını bankların üzləşdiyi əhəmiyyətli hüquqi risklərin və problemlərin müzakirəsi və onların həlli yollarının tapılması, banklarda hüquq işinə risk idarəetməsi konsepsiya əsasında yenidən baxılması mövzuları təşkil edib.

Toplantıda bank sektorunun hüquqşünaslarını maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb, Mərkəzi Bankın və bankların müzakirə edilən mövzularla bağlı mövqeləri səsləndirilib, hüquqi məsələlərlə bağlı yaranmış suallar cavablandırılaraq təkliflər dinlənilib.
Banklarda hüquqi auditin və hüquq işinin idarəetmə standartlarının müəyyən olunması və bu məsələlərin qanunvericilik səviyyəsində təsbit olunması zəruriliyi vurğulanıb.
Azərbaycan Mərkəzi Bankının Hüquq Departamentinin direktoru R.Məlikova müzakirə edilən məsələlərin həllinə öz səlahiyyətləri daxilində kömək edəcəyini və bankları narahat edən məsələləri aidiyyati instansiyalara çatdıracağını bildirib.
Yekunda belə toplantıların hüquq sahəsində problemlərin vaxtında ortaya çıxarılması və həllində vahid yanaşma və təcrübə mübadiləsi baxımından vacibliyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti