...

Yaponiya Qax rayonunda tullantıların idarə olunması sisteminin inkişafını dəstəkləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2013 18:50 (UTC +04:00)
Bu gün Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək “Qax rayonunda tullantıların idarə olunması” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçiriləcək.
Yaponiya Qax rayonunda tullantıların idarə olunması sisteminin inkişafını dəstəkləyəcək

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Əliyev/

Bu gün Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində həyata keçiriləcək "Qax rayonunda tullantıların idarə olunması" layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçiriləcək.

Yaponiyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, layihə üzrə qrant müqaviləsini Yaponiya tərəfindən səfir Şusuke Vatanabe, Azərbaycan tərəfindən isə "Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi"nin icraçı direktoru Yasin Dadaşov imzalayacaqlar.

Layihənin əsas məramı Qax rayonunda tullantıların və təkrar istifadənin praktik olaraq davamlı şəkildə idarə olunmasının həllini təmin etmək məqsədi ilə rayondan kənarda yanma kameralarını inşa etməkdir. Layihədən faydalanacaq şəxslərin sayı 18 675 nəfərdir.

Bu layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 116,185 ABŞ dolları təşkil edir.

Bu layihə daxil olmaqla Qaxda 5 layihə üzrə müqavilə imzalanıb:

İmzalandığı il

Layihələr

Məbləğ

ABŞ dolları

2003

Qaxın Güllük kəndində məktəb tikintisi

$80,247

2006

Qaxın İbahlı kəndində məktəb tikintisi

$89,959

2008

Qaxda 3 saylı məktəbin tikintisi

$85,666

2009

Qaxın Qorağan kəndində tibb məntəqəsinin tikintisi

$85,931

2013

Qax rayonunda tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi

$116,185

CƏMİ

$457,988

Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardımın ümumi məbləği iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə artıq 1 milyard ABŞ dollarını keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti