...

Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatının neftdən asılılığı dinamik şəkildə azalır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2013 14:17 (UTC +04:00)
Azərbaycanın 2014-cü il dövlət büdcəsi layihəsində əks olunan göstəricilər ölkə iqtisadiyyatının gələcək inkişafından xəbər verir.
Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatının neftdən asılılığı dinamik şəkildə azalır

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanın 2014-cü il dövlət büdcəsi layihəsində əks olunan göstəricilər ölkə iqtisadiyyatının gələcək inkişafından xəbər verir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə parlamentin 5 komitəsinin (İqtisadi, Sosial, Aqrar siyasət, Təhlükəsizlik məsələləri, Təbii resurslar, enerji və ekologiya komitələri) geniştərkibli iclasında 2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Z.Səmədzadə bildirib ki, milli iqtisadiyyatın neft sektorundan asılılığı dinamik şəkildə azalır: "Bunu iqtisadiyyatın qeyri-neft sektorunun xüsusi çəkisinin Azərbaycan ÜDM-də təxminən 68 faizə çatması aydın şəkildə göstərir".

Millət vəkili qeyd edib ki, tarixdə ilk dəfə ölkənin dövlət büdcəsinin xərcləri 25 milyard dolları ötüb: "Ölkə hökumətinin yürütdüyü sosial-iqtisadi siyasətin məntiqi nəticəsi əhalinin gəlirlərinin çoxalması, adambaşına düşən ÜDM-in həcminin artması, eləcə də inflyasiyanın davamlı şəkildə kifayət qədər aşağı səviyyədə saxlanmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti