...

«Bank of Baku» məişət texnikasının möhlətlə alış-verişini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 13:00 (UTC +04:00)
Artıq Bolkart sahibləri ölkəmizin ən böyük məişət texnikası mağazaları şəbəkəsindən olan "Baku Electronics"-də alış-verişə dəvət edilir.
«Bank of Baku» məişət texnikasının möhlətlə alış-verişini təklif edir

Azərbaycan, Bakı, 7 noyabr / Trend /

Artıq Bolkart sahibləri ölkəmizin ən böyük məişət texnikası mağazaları şəbəkəsindən olan "Baku Electronics"-də alış-verişə dəvət edilir. Kart sahibləri arzu etdikəri malı 6 aylıq müddətə nağd qiymətinə ala bilərlər.

Bolkartın keçərli olduğu "Baku Electronics"-in mərkəzi mağazasının ünvanı: Ə.Naxçıvani küç. 3066 .

Yaxın zamanlarda "Baku Electronics" şəbəkəsinin digər mağazalarının da Bolkart şəbəkəsinə qoşulması gözlənilir.

Xatırladaq ki, 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən "Baku Electronics" hazırda dünya şöhrətli "Samsung Electronics" şirkətinin Azərbaycandakı rəsmi distribyutorudur.

"Bank of Baku"-nun Bolkartı ilə "Baku Electronics"-də televizor, telefon, kompüter, foto və video kameralar, audio və video aparatlar, məişət texnikası və digər ən müasir məhsullar almaq olar.

Daha ətraflı: https://www.facebook.com/Bolkart , www.bolkart.az və ya "Baku Electronics"-in 143 Məlumat Mərkəzi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti