...

Mərkəzi Bank: Azərbaycanda biznes kreditləri üzrə faiz dərəcələri birrəqəmli səviyyəyədək azala bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 13:01 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyədək azala biləcəyinə ümid edir.
Mərkəzi Bank: Azərbaycanda biznes kreditləri üzrə faiz dərəcələri birrəqəmli səviyyəyədək azala bilər

Azərbaycan, Bakı, 15 noyabr / Trend, müxbir E.Əliyev /

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyədək azala biləcəyinə ümid edir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə AMB-nin rəhbəri Elman Rüstəmov bildirib.

E.Rüstəmov deyib: "Çoxları Azərbaycanda kredit faizlərinin yüksək olduğundan danışır. Eyni zamanda, qonşu ölkələrə, Avropa, ABŞ dövlətlərinə diqqət yetirməyə dəyər. Bizim ölkəmizdə onlarla müqayisədə kreditlər üzrə faiz dərəcələri həqiqətən yüksəkdir. Bu məsələ Mərkəzi Bankın diqqət mərkəzindədir. Biz daim ölkənin iri bankları ilə istehlak kreditləşməsi ilə bağlı dialoq aparırıq və bu mövzu bu yaxınlarda MB-nin İdarə Heyətində müzakirə olunub".

Onun sözlərinə görə, əhalinin maliyyə savadlılığının artırılmasına diqqət yetirmək lazımdır: "Mərkəzi Bank bu istiqamətdə ardıcıl iş aparır. Müştərilər məlumata malik olmalı, kredit müqavilələri ilə tanışlıq zamanı diqqətli olmalıdırlar. Ölkədə istehlak kreditlərinə yüksək tələbat var və bu seqment güclü inkişaf dövrünü yaşayır. Biz öz növbəmizdə daim vəziyyətin monitorinqini aparır, hətta bankların əhalini kreditləşdirdikləri istiqamətlərlə maraqlanırıq. Bunlar təmir, toy mərasimlərinin keçirilməsi, texnikanın alınması və digərləridir. Bu bazarda tələb təklifi üstələyir. Ümid edirəm ki, gələcəkdə yuxarıda sadalanan bütün tədbirlər ona gətirib çıxaracaq ki, istehlak kreditləşməsi bazarı təklif bazarı olacaq. Onun ardınca təklif bazarı bu cür biznes kreditlərinin seqmenti olacaq və gələcəkdə onlar üzrə faiz dərəcələri birrəqəmli səviyyəyədək azala bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti