...

Mərkəzi Bankın sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 16:10 (UTC +04:00)
Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bankın sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bankdan Trend-ə verilən məlumata görə, görüşdə ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, ölkənin xarici mövqeyi, bank sektorunun inkişafı, Mərkəzi Bankın pul-kredit siyasəti, bankların kapitallaşması kimi məsələlər müzakirə olunub.

Görüş zamanı E.Rüstəmov ölkədə hazırkı makroiqtisadi vəziyyət, 2014-cü il üçün pul və məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi, bank sektorunun kapitallaşması və konsolidasiyası, maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verib.

Öz növbəsində, BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri R.Almarzoqi təmsil etdiyi qurumun ölkəmizlə, eləcə də Mərkəzi Bankla əməkdaşlığından məmnun olduğunu bildirib. O, 2013-cü ildə ölkəmizdə müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri müsbət qiymətləndirib və çevik məzənnə rejiminə keçid, bank sektorunun restrukturizasiyası üzrə BVF tərəfindən texniki yardım göstərilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Görüşdə, həmçinin Mərkəzi Bank ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri, Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının müddəti barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti