...

BVF: Azərbaycan inflyasiyanı nəzarətdə saxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 16:55 (UTC +04:00)
Azərbaycan inflyasiyanı nəzarətdə saxlayır. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda mətbuat konfransında Beynəlxaql Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Raca Almarzoqi bildirib.
BVF: Azərbaycan inflyasiyanı nəzarətdə saxlayır

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan inflyasiyanı nəzarətdə saxlayır. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda mətbuat konfransında Beynəlxaql Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Raca Almarzoqi bildirib.

O, qeyd edib ki, BVF-nin proqnozlarına görə, ilin sonuna kimi Azərbaycanda inflyasiya üç faizdən aşağı, gələn il isə üç faiz səviyyəsində olacaq.

"Biz belə bir nəticəyə gəlmişik ki, Azərbaycanda iqtisadi artım normal səviyyədədir. Bu il və növbəti illərdə orta illik iqtisadi artım beş faiz səviyyəsində proqnozlaşdırılır".

BVF-nin noyabrın 8-dən Bakıda olan missiyası öz işini başa çatdırır. Fondun nümayəndələri Azərbaycanın rəsmi şəxsləri və sahibkarları ilə görüşlər keçiriblər. BVF missiyasının Azərbaycana növbəti səfəri 2014-cü ilin martında gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti