...

BVF: Azərbaycanda dövlət büdcəsinin konsolidasiyasına başlamaq üçün müsbət siqnallar var

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 18:05 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan dövlət büdcəsinin konsolidasiyasına başlamaq üçün müsbət siqnalların olduğunu qeyd edir.
BVF: Azərbaycanda dövlət büdcəsinin konsolidasiyasına başlamaq üçün müsbət siqnallar var

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Axundov/

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan dövlət büdcəsinin konsolidasiyasına başlamaq üçün müsbət siqnalların olduğunu qeyd edir. Trend-in məlumatına görə, bunu cümə günü mətbuat konfransında BVF-nin Azərbaycandakı missiyasının rəhbəri Raca Almarzoqi deyib.

Onun sözlərinə görə, qeyri-neft büdcəsi kəsirinin planlaşdırılan azaldılması fiskal mövqeni davamlı səviyyəyədək yaxşılaşdıracaq və biznes fəaliyyəti üçün mövqe yaradacaq.

Buna baxmayaraq, missiya artan fiskal riskləri qeyd edir və dövlət büdcəsinin məxaricinin səmərəliliyinin artırılması, habelə pensiya sistemində islahatların keçirilməsi üzrə hökumətin səylərini təşviq edir.

R.Almarzoqi bildirib ki, gələcəkdə biznes mühitinin yaxşılaşdırılması Azərbaycan sahibkarlarına yeni bazarlar açmaqda kömək edəcək və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesinin başa çatmasına, sağlam rəqabət üçün maneələrin aradan qaldırılmasına və ümumilikdə dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yardım edir.

Qeyd edək ki, BVF-nin missiyası noyabrın 8-dən Bakıdadır. Missiya işinə bu gün yekun vuracaq. Fondun nümayəndələri Azərbaycanın rəsmi şəxsləri və sahibkarları ilə görüşlər keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti