...

Azərbaycanın maliyyə sektorunun qiymətləndiriləcəyi tarix 2015-ci ilə keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 18:23 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) 2015-ci ilin əvvəlində Azərbaycanın maliyyə sektorunun birgə qiymətləndirilməsini (FSAP) keçirəcək.
Azərbaycanın maliyyə sektorunun qiymətləndiriləcəyi tarix 2015-ci ilə keçirilib

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Axundov/

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) 2015-ci ilin əvvəlində Azərbaycanın maliyyə sektorunun birgə qiymətləndirilməsini (FSAP) keçirəcək. Trend-in məlumatına görə, bunu cümə günü mətbuat konfransında BVF-nin Azərbaycandakı missiyasının rəhbəri Raca Almarzoqi deyib.

Onun sözlərinə görə, FSAP-ın qiymətləndirilməsi rəsmi orqanlar ilə razlaşdırıldıqdan sonra 2015-ci ilin I rübündə keçiriləcək. Daha əvvəl isə qiymətləndirmənin 2014-cü ilin əvvəlində aparılması müəyyənləşdirilmişdi.

R.Almarzoqi qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dərəcələrinin optimallaşdırılması, bank nəzarəti çərçivələrinin gücləndirilməsi və istehlak kreditləşməsinin artması ilə bağlı işləri davam etdirməlidir.

Onun sözlərinə görə, yaxın müddət üçün prioritetlərə təsnifat qaydalarının təkmilləşdirilməsi, aktivlərin təmin edilməsi və yeni makroprudensial tədbilərin reallaşdırılmasının davam etdirilməsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti