...

Baş nazirin xüsusi nümayəndəsi: Böyük Britaniya Azərbaycan üçün prioritet sahələrə sərmayə yatırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2013 15:16 (UTC +04:00)
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri çox möhkəmdir, lakin iki ölkənin həmin əlaqələri inkişaf etdirmək perspektivlərinə malikdir.
Baş nazirin xüsusi nümayəndəsi: Böyük Britaniya Azərbaycan üçün prioritet sahələrə sərmayə yatırmağa hazırdır

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbirlər E.Mehdiyev, E.Tariverdiyeva/

"Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri çox möhkəmdir, eyni zamanda, hər iki ölkə həmin əlaqələri inkişaf etdirmək perspektivlərinə malikdir". Trend-in məlumatına görə, bunu Böyük Britaniya Baş nazirinin xüsusi nümayəndəsi Çarlz Henri Azərbaycana səfəri zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın neft-qaz sektoruna yatırılan birbaşa investisiyaların yarısından çoxu Böyük Britaniyanın payına düşür.

Xüsusi nümayəndə bəyan edib ki, Azərbaycanın "Şahdəniz" neft-qaz konsorsiumunun Xəzərdən Avropa regionuna karbohidrogen nəqli marşrutu haqqında qəbul etdiyi qərar Britaniya və digər ölkələrdən Azərbaycana yatırılacaq investisiyaların yeni mərhələsi üçün əla imkan olacaq: "Biz fəaliyyətləri iki ölkə arasındakı təmaslarda yeni böyük mərhələ açan şirkətləri dəstəkləyirik. Azərbaycana daha çox şirkətin gəlməsini görmək istəyirik".

Azərbaycandakı "Ağ şəhər" layihəsi ilə tanış olduğunu deyən xüsusi nümayəndə əlavə edib ki, Böyük Britaniyanın belə iri layihələrdə iştirakda maraqlı olan şirkətləri var.

Onun sözlərinə görə, Azərbaycan, həmçinin turizm sənayesinin inkişafına can atır: "Britaniyanın bu sektorda böyük imkanları var və ölkə şirkətləri bu posesin bir hissəsi ola bilərlər. Böyük Britaniya Azərbaycan hökumətinin prioritet hesab etdiyi sahələrə sərmayə yatırmaqda maraqlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti