...

"Bank of Baku" nağd kreditlərin və bonus kartlarının alınmasını sadələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2013 19:47 (UTC +04:00)
Müştərilərin rahatlığını təmin etmək məqsədilə "Bank of Baku" alternativ kanallar vasitəsilə kredit məhsullarına müraciət imkanlarını təqdim edir.
"Bank of Baku" nağd kreditlərin və bonus kartlarının alınmasını sadələşdirib

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Müştərilərin rahatlığını təmin etmək məqsədilə "Bank of Baku" alternativ kanallar vasitəsilə kredit məhsullarına müraciət imkanlarını təqdim edir.

Bankdan Trend-ə verilən məlumat görə, indi evi, iş yerini tərk etmədən və ya yol üstü MilliÖn-ün 1500-ə yaxın terminalı vasitəsilə istənilən şəxs bankdan kredit sifariş edə bilər. Artıq "Bank of Baku"dan müxtəlif sadə üsullarla nağd pul krediti və "Bolkar"t hissə-hissə ödənişli kartı sifariş etmək mümkündür. Sifariş tarixindən etibarən 2 iş günü ərzində bankın əməkdaşı müştəri ilə əlaqə saxlayıb növbəsiz xidmət və arayışsız kredit almaq üçün müvafiq xidmət qurumuna istiqamətləndirir:

- 7 gün, 24 saat işləyən MilliÖn və "Bank of Baku" ödəniş terminalları vasitəsilə sadəcə mobil nömrə qeyd etməklə nağd kredit və ya "Bolkart" üçün müraciət etmək mümkündür.

- Yeni müştərilər - "İLK KREDİT" və ya "BOLKART" yazıb 8145-ə SMS göndərməklə müraciət edə bilərlər.

"Dostlar Klubu" üzvü olan Brilliant və Qızıl kart sahibləri kartının son 8 rəqəmini, boşluq və kredit məbləğini (misal: "03129876 kredit 3000") 8145-ə SMS göndərməklə nağd kredit; BOLKART yazıb 8145-ə göndərməklə isə "Bolkart" üçün müraciət edə bilərlər.

Digər təkrar müştərilər "KREDİT" və ya "BOLKART" yazıb 8145-ə SMS göndərməklə internet resurlar vasitəsilə, bankın korparativ saytında yerləşən "Onlayn bələdçi" vasitəsilə həm onlara nə qədər kredit düşdüyünü öyrənə bilər, həm də kredit üçün müraciət edə bilərlər: http://www.bankofbaku.com/az/araissiz-kreditler/my-loan-amount.html

Bolkart-ın rəsmi internet saytındakı aşağıdakı linklə müştərilər "Bolkart" üçün müraciət edə bilər: http://bolkart.az/okbol/client.php?locale=az&style=bolcard

Bankın "facebook" səhifəsindəki "FAN KREDİT" tətbiqi vasitəsilə: www.facebook.com/bankofbaku

"BOX'ÇA" əldə etməklə:

Şəhərimizin 80-ə yaxın supermarket və ticarət subyektlərində (http://www.bankofbaku.com/az/araissiz-kreditler/boxca-project.html) satılan və ya müştərilərə hədiyyə olaraq təqdim olunan "Bank of Baku"nun "Box'ça" məhsulunu əldə etmiş şəxslər kartları aktivləşdirmək üçün onlara təqdim edilmiş siyahıda göstərilən bankın filiallarına müraciət edə bilərlər.

Daha ətraflı: https://www.facebook.com/bankofbaku və 145 Məlumat Mərkəzi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti