...

"Bank of Baku" müştəriləri bayram günlərində də ödəniş edə bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2013 18:57 (UTC +04:00)
"Bank of Baku" 31 dekabr 2013-cü il -1, 2, 3, 5, 6 yanvar 2014-cü il tarixlərində bankın paytaxt və bölgələrdəki filiallarında qeyri-iş günlərinin olacağını elan edir.
"Bank of Baku" müştəriləri bayram günlərində də ödəniş edə bilərlər

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

"Bank of Baku" 31 dekabr 2013-cü il -1, 2, 3, 5, 6 yanvar 2014-cü il tarixlərində bankın paytaxt və bölgələrdəki filiallarında qeyri-iş günlərinin olacağını elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, lakin müştərilərin artan tələbatını nəzərə alan "Bank of Baku" bildirir ki, 4 yanvar 2014-cü il tarixində aşağıda qeyd olunmuş filiallar tam iş günü olmaqla vətəndaşların xidmətində olacaq:

- MXD (baş ofis)
- Mərkəz filialı
- Azneft filialı
- Nəsimi filialı
- Əhmədli filialı
- Neftçilər filialı
- Bakıxanov filialı
- Babək filialı
- Otoplaza filialı
- Sumqayıt filialı
- Səməd Vurğun filialı

4 yanvar 2014-cü il tarixində aşağıda qeyd olunmuş filiallar yarım iş günü (09:00-dan 13:00-dək) müştərilərin xidmətində olacaq:

- Lənkəran filialı
- Gəncə filialı
- Şəki filialı
- Xaçmaz filialı
- Şirvan filialı

Bayram günlərində "Bank of Baku"nun ödəniş terminalları və MilliÖn terminalları həftənin 7 günü 24 saat rejimində müştərilərin xidmətində olacaq.

"Bank of Baku" bildirir ki, 28 dekabr 2013-cü il tarixində bank yarım iş günü (09:00-dan 13:00-dək), 29-30 dekabr tarixlərində isə tam iş günü rejimində fəaliyyət göstərəcək.

"Bank of Baku" Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə firavanlıq və rifah arzu edir!

Əlavə məlumat üçün: 145 Məlumat Mərkəzi və ya https://www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti