...

Azərbaycanlı sahibkarlar Hindistanda beynəlxalq kənd təsərrüfatı forumuna dəvət olunurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Yanvar 2014 13:02 (UTC +04:00)
Fevralın 4-6-da Nyu-Dehlidə "Asiya-Afrika Kənd Təsərrüfatı Biznes Forumu" keçiriləcək.
Azərbaycanlı sahibkarlar Hindistanda beynəlxalq kənd təsərrüfatı forumuna dəvət olunurlar

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir E.Əliyev/

Fevralın 4-6-da Nyu-Dehlidə "Asiya-Afrika Kənd Təsərrüfatı Biznes Forumu" keçiriləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar.

Ətraflı məlumat üçün Hindistanın Azərbaycandakı səfirliyinə müraciət etmək olar.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanla Hindistan arasında əmtəə dövriyyəsi 1,03 milyard ABŞ dolları təşkil edib. Ölkəyə 46,05 milyon dollarlıq Hindistan məhsulları idxal edilib, Azərbaycandan ixrac isə 983,86 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti