...

"Bank of Baku" internet sorğunun qalibi olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2014 14:29 (UTC +04:00)
Azərbaycanın internet məkanında nüfuzlu xəbər portallarından olan www.day.az saytının keçirdiyi sorğuda "Bank of Baku" oxucuların ən çox səsini toplayan bank olub.
"Bank of Baku" internet sorğunun qalibi olub

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Azərbaycanın internet məkanında nüfuzlu xəbər portallarından olan www.day.az saytının keçirdiyi sorğuda "Bank of Baku" oxucuların ən çox səsini toplayan bank olub.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, saytın "Siz hansı banka üstünlük verirsiniz?" sualına cavab verənlərin 14.24%-i "Bank of Baku"-nu qeyd edib. Beləliklə, "Bank of Baku" sorğuda adı hallanan onlarla yerli bank arasında ən çox səs toplayaraq reytinqin birinci pilləsində qərarlaşıb. Bir aydan çox davam edən sorğuda minlərlə internet istifadəçisi iştirak edib.

"Bank of Baku" sorğudakı birinciliyi son illər istehlakçıları məmnun edən yeni məhsul və xidmətlərin təqdim edilməsi və mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsinə müştərilərin müsbət reaksiyası kimi qəbul edir. Bolkart kredit kart sahiblərinin durmadan artması, daimi müştərilər üçün imtiyazlı "Dostlar klubunun" kartları və digər müsbət tendensiyalar "Bank of Baku" tərəfindən istehlakçıların etimadı kimi qiymətləndirilir.

Xatırladaq ki, "Bank of Baku" ilk dəfə deyil ki, internet istifadəçilərin yüksək etibarını qazanır. Ötən il iki yerli onlayn nəşr banker.az və facemark.az saytları tərəfindən keçirilmiş bank sorğularında da "Bank of Baku" birinciliyi əldə etmişdir.

"Bank of Baku"-nun xidmət və məhsulları barədə ətraflı: 145 nömrəli Məlumat Mərkəzi və ya www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti