...

Tovuzda və Göygöldə sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2014 10:54 (UTC +04:00)
Fevralın 20-də Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Tovuz rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Logistika” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilmişdir.
Tovuzda və Göygöldə sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Fevralın 20-də Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Tovuz rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Logistika" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bu gün verilən məlumata görə, tədbirdə logistikanın mahiyyəti və məqsədi, növləri, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması və s. barədə ətraflı məlumatlar verilmiş, "Logistika" mövzusunda təqdimat keçirilmişdir.
Həmin gün Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Göygöl rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir.

Tədbirdə "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" mövzusunda təqdimat keçirilmiş, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumatlar verilmişdir.

Tovuz və Göygöldə keçirilmiş treninqlər zamanı sahibkarlara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə geniş məlumat verilmişdir.

Tədbirlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti