...

BVF Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2014 17:00 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Raca Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyasının nümayəndə heyətini qəbul edib.
BVF Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirir

Azərbaycan, Bakı, 4 mart /Trend/

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Raca Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyasının nümayəndə heyətini qəbul edib.

Bankdan Trend-ə verilən məlumata görə, görüşdə E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib.

Cari ildə və orta müddətli perspektivdə iqtisadi artım və qiymət sabitliyi hədəfləri arasında pul siyasətinin effektiv şəkildə tarazlaşdırılacağını qeyd edən E.Rüstəmov həmçinin pul siyasəti və makroprudensial siyasətin sinxronlaşması, "kontr-tsiklik bank nəzarəti" çərçivəsinin formalaşması, maliyyə sektorunun hərarətinin tənzimlənməsi, banklarda aktivlərin artım hədəfləri ilə dayanıqlıq hədəfləri arasında optimal tarazlığın təmin olunması məsələlərini xüsusilə diqqətə çatdırıb.

Öz növbəsində, BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri R.Almarzoqi 2013-cü ildə ölkəmizdə müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirib. O, ölkəmizin qarşısında duran qısa və orta müddərti çağırışlara nəzər yetirərək, BVF-nin bu istiqamətlər üzrə Azərbaycanla birgə səyləri barədə fikir mübadiləsi aparıb.

Görüşdə, həmçinin Mərkəzi Bank ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti