...

"AmCham" Azərbaycanın bölgələrində iştirakı genişləndirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2014 14:17 (UTC +04:00)
Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") tərkibinə daxil olan şirkətlər Azərbaycanın regionlarında iştirakını genişləndirməyi planlaşdırır.
"AmCham" Azərbaycanın bölgələrində iştirakı genişləndirməyi planlaşdırır

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Əliyev/

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") tərkibinə daxil olan şirkətlər Azərbaycanın regionlarında iştirakını genişləndirməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə "AmCham Azerbaijan"ın icraçı direktoru Nərgiz Nəsrullayev deyib.

Onun sözlərinə görə, üzvlərin təqribən 99 faizi Bakıda yerləşən şirkətlərdir: "Onlardan ən azı 30 faizi ABŞ şirkətləri, daha 30 faizi digər beynəlxalq şirkətlər, qalan 40 faizi isə iqtisadiyyatın 13 sektorunda işləyən Azərbaycanın iri şirkətləridir. Təəssüf ki, biz hələ aqrar sahədə kifayət qədər təmsil olunmamışıq".

N.Nəsrullayev bildirib ki, "AmCham" artıq bu il vəziyyəti düzəltməyə başlamaq niyyətindədir: "Ümid edirik ki, artıq apreldə ölkənin regionlarında nümayəndəliyimizi yaxşılaşdırmağa və aqrar sənaye kompleksində iştirakımızı genişləndirməyə imkan verəcək yeni mexanizmlər təqdim edəcəyik. Bu, missiyalar formatında ticarət təşəbbüsləri olacaq. Biz "Amcham"ın üzv şirkətlərinin regionalara mütəmadi səfərlərini təşkil etmək niyyətindəyik. Onlar bölgələrdə biznes imkanları ilə tanış ola biləcəklər".

"AmCham Azərbaycan" - Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyasıdır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış "AmCham" 275 üzv və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham" Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökümətlə geniş əlaqə imkanları əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti