...

"Bank of Baku" xanım müştərilərə komissiyasız kredit təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2014 13:49 (UTC +04:00)
"Bank of Baku" qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycan xanımları üçün komissiyasız nağd pul krediti günləri elan edir.
"Bank of Baku" xanım müştərilərə komissiyasız kredit təklif edir

Azərbaycan, Bakı, 5 mart /Trend/

"Bank of Baku" qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycan xanımları üçün komissiyasız nağd pul krediti günləri elan edir.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görgə, yalnız iki gün - 7 və 8 mart 2014-cü il tarixlərində "Bank of Baku"-da nağd pul krediti rəsmiləşdirən hər xanım komissiya ödənişindən tam azad edilir.

Komissiyasız kredit rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb edilir: şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (və ya gəlirləri təsdiq edən digər sənədlər).

Kreditin maksimal həddi 15 000 manatdır.

Komissiyasız kredit rəsmiləşdirmək üçün "Bank of Baku"-nun ölkə boyunca yerləşən istənilən filialına müraciət oluna bilər.

Daha ətraflı məlumat üçün: 145 nömrəli Məlumat Mərkəzi və ya www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti