...

TRACECA ölkələrində nəqliyyat-logistik biznesin inkişafı üçün baza mövcuddur

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2014 12:13 (UTC +04:00)
Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramı TRACECA-nın (Avropa-Qafqaz-Asiya) iştirakçısı olan ölkələrdə böyük yükyaratma potensialı nəqliyyat-logistik biznesin dinamik inkişafı üçün real platforma yaradır.
TRACECA ölkələrində nəqliyyat-logistik biznesin inkişafı üçün baza mövcuddur

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramı TRACECA-nın (Avropa-Qafqaz-Asiya) iştirakçısı olan ölkələrdə böyük yükyaratma potensialı nəqliyyat-logistik biznesin dinamik inkişafı üçün real platforma yaradır. Trend-in məlumatına görə, bu barədə TRACECA-nın saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, hazırda ТRАСЕСА regionunda nəqliyyat sisteminin qurulması logistikanın inkişafı və nəqliyyat-logistik mərkəzlərin tikintisi ilə birbaşa bağlıdır. Özünün texniki parametrlərinə görə, ТRАСЕCА dəhlizi quru və dəniz marşrutlarının multimodl sistemidir: "Bununla əlaqədar regional layihələrin eyniləşdirilməsi prosesində yüklərin nəql edilməsinin nəqliyyat-logistik sxemlərinin tətbiqi ilə daşınmaların həyata keçirilməsinin müasir texnologiyalarına xüsusi diqqət ayrılır".

TRACECA-nın iştirakçı dövlətləri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və İrandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti