...

Orxan Bayramov: Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar 24 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2014 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir E.Əliyev/

2014-cü ilin əvvəlindən Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib.

Onun sözlərinə görə, bazarda ən böyük azalma məhz bu seqmentdə baş verib: "Şübhəsiz ki, bu azalma Mərkəzi Bank tərəfindən avtomobil kreditlərinin verilməsi üzrə tələblərin sərtləşdirilməsi ilə bağlıdır. Vəziyyət gözlədiyimizdən də tez gərginləşib. Hesablamalara görə, fevralda yığımların həcminin azalması təxminən 18-19 faiz təşkil etməli idi".

Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımların həcmi avtomobil kreditlərinin dinamikası ilə sıx bağlıdır, çünki ölkədə avtonəqliyyat vasitələrinin əksəriyyəti məhz kreditlə alınır.

O.Bayramovun sözlərinə görə, qısamüddətli perspektivdə sığortanın bu növü üzrə yığımların dinamikası yaxşılaşacaq: "Martda azalma 25 faiz çərçivəsindən kənara çıxmayacaq və tədricən azalmağa doğru gedəcək. Biz alternativi lizinqdə görürük. İtkilərlə üzləşən sığortaçılar gəlir əldə etmək üçün başqa üsullar axtarmağa və biznesin bu istiqamətini inkişaf etdirməyə başlayıblar. Bundan başqa, bu trend lizinqin uzun müddət bank sektorunun kölgəsində qalan bütün sahələrinin inkişafını şərtləndirir".

Könüllü avtomobil sığortasının xüsusi çəkisi yanvar-fevral aylarında sığorta yığımlarının ümumi həcmində 6,35 faiz təşkil edib.

Azərbaycanda 26 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti