...

“Bank of Baku”-nun müştərilərinin sayı 700 minə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2014 11:36 (UTC +04:00)
1994-cü ildə təsis edilən “Bank of Baku” fəaliyyətinin 20 ili ərzində toplam olaraq 700.000 müştəriyə xidmət göstərib.
“Bank of Baku”-nun müştərilərinin sayı 700 minə çatıb

Azərbaycan, Bakı, 2 aprel /Trend/

1994-cü ildə təsis edilən "Bank of Baku" fəaliyyətinin 20 ili ərzində toplam olaraq 700.000 müştəriyə xidmət göstərib. Bu rəqəm Azərbaycan bankları arasında ən yüksək göstəricilərdən biridir.

Çərşənbə günü bankdan Trend-ə daxil olan məlumata görə, bank tərəfindən rəsmiləşdirilmiş kreditlərin sayı isə 1.500.000-i aşıb. İstehlak kreditləri və kredit kartları sahəsində aparıcı mövqelərə sahib olan "Bank of Baku" hal-hazırda Azərbaycanın bankçılıq sektorunda geniş yayılmış bir çox məhsul və xidmətləri ilk dəfə tətbiq edən bir bankdır.
Belə ki, "Bank of Baku":
• İstehlak məhsullarını ilk dəfə çevik şərtlərlə və geniş miqyasda kreditləşdirməyə başlayıb
• Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı olan Bolkartı dövriyyəyə buraxıb
• Azərbaycan bankçılıq tarixində ilk dəfə daimi müştərilər üçün "Dostlar klubu" adlı imtiyazlar klubu yaradıb
• Bank əmanətçiləri üçün güzəştli "Əmanət klubu"-nu təsis edib
• Kredit ödənişlərini ilk dəfə ödəniş terminalları, telefon və internet vasitəsilə həyata keçirməyə başlayıb
• 8145 SMS nömrəsinə iş yerinin adını göndərməklə kredit şərtinə dair müştəriyə ilk mesaj xidməti göstərməyə başlayıb.
• SMS kredit xidməti sahəsində müştərilər banka gəlmədən kredit sifarişini birbaşa mobil telefondan verməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti