...

“Bank of Baku” Facebook-da rekord vurur

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2014 12:52 (UTC +04:00)
“Bank of Baku”-nun Facebook səhifələri Azərbaycanın bank sektorunda ən populyar sosial səhifələrdəndir. “Bank of Baku” səhifələrinin fanlarının toplam sayı 280.000-i aşıb.
“Bank of Baku” Facebook-da rekord vurur

Azərbaycan, Bakı, 7 aprel /Trend/

"Bank of Baku"-nun Facebook səhifələri Azərbaycanın bank sektorunda ən populyar sosial səhifələrdəndir. "Bank of Baku" səhifələrinin fanlarının toplam sayı 280.000-i aşıb.

Qeyd edək ki, "Bank of Baku" Facebook-da iki səhifəyə malikdir: bankın rəsmi səhifəsi www.facebook.com/bankofbaku və Bolkart brendinin rəsmi səhifəsi www.facebook.com/Bolkart

Bazar ertəsi bankdan Trend-ə daxil olan məlumata görə, "Bank of Baku"-nun Facebook sosial şəbəkəsindəki səhifələri bankın kommunikasiyalar sahəsində effektiv novatorluğunu əks etdirir.

Xatırladaq ki, bir müddət öncə "Bank of Baku"-nun Facebook səhifəsi beynəlxalq Socialbakers monitorinq xidmətinin ən yaxşı sosial yönlü səhifə nominasiyası üzrə mükafatına layiq görülmüşdür. Xüsusi sertifikatda "Bank of Baku"-nun istifadəçilərlə kommunikasiyanı nümunəvi səviyyədə qurduğu və müraciətlərin əksəriyyətinin cavablandırıldığı qeyd edilmişdir.

Yeniliklərə daima prioritet verən "Bank of Baku" sosial şəbəkəsində öz müştərilərinə bank xidmətləri təklif edir. Azərbaycan bankçılıq tarixində ilk dəfə olaraq "Bank of Baku" "Fan kredit" layihəsinə start vermişdir.
Bankın sosial şəbəkəsində vaxtaşırı müxtəlif aksiya və müsabiqələr keçirilir. "Bank of Baku" yerli banklar arasında ilk dəfə onlayn oyun keçirmişdir. "Bank of Baku" Facebook istifadəçiləri üçün yeni məhsul və xidmətlər üzərində işini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti