...

Azərbaycan Beynəlxalq Bankının aktivləri il ərzində təxminən 23 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2014 12:24 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri il ərzində 22,8 faiz artaraq 2014-ci il aprelin 1-nə 7,648 mlrd. manata çatıb.
Azərbaycan Beynəlxalq Bankının aktivləri il ərzində təxminən 23 faiz artıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri il ərzində 22,8 faiz artaraq 2014-ci il aprelin 1-nə 7,648 mlrd. manata çatıb. Bu barədə cümə günü Trend-ə bankın mətbuat xidmətindən məlumat verilib.

Bankın kredit portfeli ötən ilin birinci rübü ilə müqayisədə 282 faiz artaraq 2014-cü il aprelin 1-nə 5,155 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 557,2 mln. manat təşkil edib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,542 mlrd. manata bərabər olub. Onların artımı 2013-cü il aprelin 1-nə nisbətən 8,7 faiz olub.

Bankın məcmu kapitalı il ərzində ötən ilin aprel ayının 1-nə nisbətən 27,1 faiz artaraq 950,6 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 499,8 mln. manata çatdırılıb.

Bankın gəlirləri 143,97 mln. manat təşkil edib. ABB-nin xalis mənfəəti 2014-ci il aprelin 1-nə 12,3 mln. manata çatıb.

2014-ci il aprelin 1-nə ABB-nin 2 041 206 aktiv plastik kartı olub. Hazırda kartların xidməti üzrə şəbəkə 697 bankomat və 5123 POS-terminaldan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti