...

Mayın ortalarında Böyük Bakının inkişaf planı layihəsinin ictimai dinləmələri keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2014 11:27
2030-cu ilədək dövrdə Böyük Bakının regional inkişaf planı layihəsi üzrə ictimai dinləmələr mayın 14-də keçiriləcək.
Mayın ortalarında Böyük Bakının inkişaf planı layihəsinin ictimai dinləmələri keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Əliyev/

2030-cu ilədək dövrdə Böyük Bakının regional inkişaf planı layihəsi üzrə ictimai dinləmələr mayın 14-də keçiriləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov bildirib.

O deyib: "Layihə üzərində işlər başa çatıb. Yekun sənəd razılaşdırılmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarına göndərilib və güman edirəm ki, iki ay ərzində sənəd Nazirlər Kabinetinə təqdim ediləcək".

Dövlətxanov əlavə edib ki, müzakirələr zamanı konstruktiv təkliflər veriləcəyi halda baş plan yenidən işlənə bilər.

2030-cu ilə paytaxt əhalisinin 745 min nəfər artacağı, əhalinin sayı isə ümumilikdə 3,35 milyon nəfər olacağı gözlənilir. Müvafiq olaraq mənzil fondunun da ikiqat artacağı gözlənilir. Mənzil fondu 64,147 milyon kvadrat metrə çatacaq və bununla yanaşı, region üzrə bir nəfərin mənzil təminatı ümumi yaşayış sahəsinin 25 kvadrat metrini təşkil edəcək. Bu rəqəm hazırda 17,3 kvadrat metrdir.

2030-cu ilə paytaxtın neft mədən ərazilərinin təxminən 22 min hektarı becəriləcək, onun böyük hissəsi meşə-park zonasına ayrılacaq. Qarşıda hazırda təsərrüfat subyektlərinin istifadə etdikləri və ya tərk edilmiş ərazilərin ən azı daha 34 min hektarını yaşıllaşdırmaq durur: burada parklar, bağçalar salınacaq. Həmin ərazilərin abadlaşdırılması prosesində küçə-yol şəbəkəsi yüz kilometrlərlə uzadılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti