...

Türkiyədə daxili aviareyslərə biletlər bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2014 10:24 (UTC +04:00)
Türkiyədə daxili aviareyslərə biletlərin qiyməti dəyişib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "TRT Haber" telekanalı xəbər yayıb.
Türkiyədə daxili aviareyslərə biletlər bahalaşıb

Azərbaycan, Bakı, 6 may / Trend, müxbir R.Hafizoğlu /

Türkiyədə daxili aviareyslərə biletlərin qiyməti dəyişib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "TRT Haber" telekanalı xəbər yayıb.

Əgər əvvəllər ölkədə daxili aviareyslərə biletlər 299 türk lirəsi idisə, indi bu qiymət 309 türk lirəsindən bahadır.

Qiymətlər yalnız daxili aviareyslərin ekonom-klasda uçuşlar üzrə bahalaşıb.

Biletlərə maksimum qiymətlərin tətbiqi üzrə razılaşma Türkiyənin Mülki Aviasiya Administrasiyası, "Türk Hava Yolları", "Atlasjet", "Pegasus" və "Borajet" aviaşirkətləri arasında əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti