...

VTB (Azərbaycan) 11 min manatadək olan nağd kreditlər üzrə faizləri endirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2014 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

VTB (Azərbaycan) 11 min manatadək olan girovsuz nağd kreditlər üzrə illik faiz dərəcələrinin aşağı salınmasına dair aksiya keçirir. Aksiya 2014-cü ilin avqustun 1-dək davam edəcək.

Aksiya çərçivəsində illik faiz dərəcəsi 2 bənd aşağı salınıb. Beləliklə, hər kəs iş yerindən arayış və şəxsiyyəti təsdiq edən sənədə əsasən illik faiz dərəcəsi 26% olmaqla nağd kreditlər əldə edə bilər. Kreditin minimal məbləği 300 manat, kreditin müddəti isə 6 aydan 36 ayadəkdir.

Xatırladaq ki, Bank (VTB) Azərbaycan ASC-nin 11 000 manatadək olan nağd kreditlərin verilməsində müştərilərin sığortalanmasını ləğv edib. Belə ki, Bank VTB (Azərbaycan) ASC-dən nağd kredit almaq üçün borcalanın həyat və əmək qabiliyyətinin sığortalanmasına ehtiyac yoxdur. Kreditlər üzrə sığortanın aradan qaldırılması borcalanın xərclərini xeyli azaldır.

Bank VTB (Azərbaycan)

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün bank 5 filial və baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti