...

"Bank of Baku"dan "Bolkart" sahibləri üçün yeni kampaniya

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2014 15:34 (UTC +04:00)
“Bank of Baku” 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Bolkart” sahibləri üçün sərfəli bayram kampaniyası elan edir.
"Bank of Baku"dan "Bolkart" sahibləri üçün yeni kampaniya

Azərbaycan, Bakı, 29 may /Trend/

"Bank of Baku" 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Bolkart" sahibləri üçün sərfəli bayram kampaniyası elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, 31 may, 1 və 2 iyun tarixlərində bir sıra brend dükanlarda "Bolkart" sahibləri üçün alış-veriş zamanı ödəniş aylarının sayı 3 ay uzadılır. Beləliklə, indi alınmış malın dəyərini 3 ay keçərli olan mağazalarda 6 aya, 6 ay keçərli olan mağazalarda isə 9 aya ödəmək mümkündür. Bu kampaniya yalnız üç gün qüvvədədir.

Kampaniyada "Next", "Mothercare", "Armani Junior", "Kids Couture", "Miss Blumarine", "LC Waikiki", "Chicco", "İdeal Kids", "Panda Kids", "Erkən İnkişaf Mərkəzi", "Okaidi", "Hugs" və s. mağazalar iştirak edir.

Kampaniyada iştirak edən mağazaların dəqiq ünvanları ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: http://www.bolkart.az/?/az/stores/cat/127/

"Bolkart"ın onlayn sifarişi: http://bolkart.az/#openorder

Məqalədə:
Xəbər lenti

Xəbər lenti