...

Azərbaycanda sərnişindaşıma və yükdaşıma tarifləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2014 11:26 (UTC +04:00)
2014-cü ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri aprel ayı ilə müqayisədə 0,7 faiz ucuzlaşıb.
Azərbaycanda sərnişindaşıma və yükdaşıma tarifləri ucuzlaşıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri aprel ayı ilə müqayisədə 0,7 faiz ucuzlaşıb. Bu barədə Trend bazar ertəsi Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, mayda sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.

Ay ərzində hava nəqliyyatında MDB ölkələri və digər xarici ölkələr üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,1 və 7,5 faiz ucuzlaşıb.

May ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri aprel ayı ilə müqaiysədə 4 faiz bahalaşıb, dəmiryol nəqliyyatında isə sərnişindaşıma tarifləri 11,3 faiz ucuzlaşıb.

Boru kəməri vasitəsilə neftin nəqli tarifi üzrə 0,7 faiz ucuzlaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti