...

Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2800 minə yüksəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2014 17:24 (UTC +04:00)
Cari ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,1 faiz artıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, bu barədə Fondun sədri Elman Mehdiyev bildirib.
Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2800 minə yüksəlib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Cari ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,1 faiz artıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, bu barədə Fondun sədri Elman Mehdiyev bildirib.

O, qeyd edib ki, 2014-cü ilin 5 ayı ərzində 110 minə yaxın sığortaolunan əlavə qeydiyyata alınıb: "Bu, ölkəmizdəki iqtisadi inkişafın daimi yeni iş yerlərinin açılmasına və qeydiyyatda olan sığortaolunanların sayının artımına birbaşa təsirinin göstəricisidir".

E.Mehdiyev həmçinin bildirib ki, hazırda Azərbaycanda 2 800 mindən artıq sığortaolunana fərdi uçot sistemində fərdi şəxsi hesab açılıb. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. İstənilən sığortaolunan "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.

Cari ilin iyunun 1-nə olan məlumata əsasən, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58,8 faizi kişi, 41,2 faizi isə qadındır. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,9 faizini 30 yaşa kimi vətəndaşlar, 24,0 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,8 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 20,9 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,4 faizini isə 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti