...

Azərbaycanın ən böyük bankı Avropa istiqraz vərəqələrinin ilk buraxılışını uğurla başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2014 12:54 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) RegS formatında 500 milyon dollar məbləğində beşillik Avropa istiqraz vərəqələrinin buraxılışı üzrə sövdələşməni uğurla başa çatdırıb.
Azərbaycanın ən böyük bankı Avropa istiqraz vərəqələrinin ilk buraxılışını uğurla başa çatdırıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Z.Qurbanova/

Azərbaycan Beynəlxalq Bankı (ABB) RegS formatında 500 milyon dollar məbləğində beşillik Avropa istiqraz vərəqələrinin buraxılışı üzrə sövdələşməni uğurla başa çatdırıb.

Trend xəbər verir ki, cümə günü bankın saytında yerləşdirilmiş məlumata görə, kuponların buraxılışı anında istiqraz vərəqələri üzrə gəlirlilik 5,625 faiz təşkil edib. Buraxılmış istiqraz vərəqələrinə "Moods" və "Fitch Ratings" beynəlxalq reytinq agentliklərindən müvafiq olaraq Ba3/BB reytinqi verilib. Sövdələşmənin təşkilatçıları qismində "JP Morgan" və CİTİ çıxış ediblər. "Baker &McKenzie" emitentin hüquq konsultantı kimi çıxış edib, "White&Case" hüquq şirkəti isə sövdələşmənin təşkilatçılarına öz xidmətlərini göstərib.

ABB-nin İdarə Heyəti sədrinin müavini, bankın maliyyə direktoru Rəşad Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti Londonda, Frankfurtda, Cenevrədə və Sürixdə dördgünlük roud-şou keçirib. Səfər zamanı nümayəndə heyəti bankın beynəlxalq bazarda istiqraz buraxılışı ilə bağlı niyyətlərini müsbət qiymətləndirən aparıcı investorların iştirakı ilə 50-dən artıq görüş keçiriblər.

Xəbərə əsasən, roud-şounun sonuncu günü bazara 5,75 faiz dərəcəsi ilə beşillik buraxılış təklif edilib. İnvestorların marağı sifariş portfelinin tez böyüməsinə icazə verdi ki, bu da öz növbəsində 5,625 faiz ölçüsü ilə 5,75 faiz dərəcəsində gəlirliliyə yenidən baxılmasına imkan verib. Bu pay MS + 389bps-a ekvivalentdir. Sifarişlərin son portfeli bir milyard dollara yaxındır.

Xəbərdə qeyd edilir ki, sövdələşmədə investorların 73 faizini idarəedici fondlar, qalan 27 faizini banklar təmsil ediblər. Coğrafi nöqteyi-nəzərindən, buraxılış Avropadan (Böyük Britaniya - 31 faiz, Almaniya - 24 faiz, İsveçrə - 22 faiz, qalan Avropa - 14 faiz) olan investorlara, həmçinin ofşor Amerika investorlarına (doqquz faiz) yönəldilib.

Cəlb edilmiş vəsaitləri bank ümumi korporativ hədəflərə, həmçinin qısamüddətli borcların yenidən maliyyələşdirilməsinə yönəltməyi planlaşdırır.

Xəbərdə deyilir ki, MBA komandası istiqraz vərəqələrinin debüt buraxılışının son nəticələrindən, həmçinin investorların dəstəyinin səviyyəsindən çox razı qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti