...

“Bank of Baku”-dan yenilik: Ailəvi gəl, daha böyük kredit məbləği və endirim al!

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2014 16:49 (UTC +04:00)
Əhalinin aşağı faizli nağd kreditə ehtiyaclarını qarşılamaq məqsədilə “Bank of Baku” 23 iyun 2014-cü il tarixindən etibarən “Ailə krediti” layihəsinə start verir.
“Bank of Baku”-dan yenilik: Ailəvi gəl, daha böyük kredit məbləği və endirim al!

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Əhalinin aşağı faizli nağd kreditə ehtiyaclarını qarşılamaq məqsədilə "Bank of Baku" 23 iyun 2014-cü il tarixindən etibarən "Ailə krediti" layihəsinə start verir. "Ailə krediti" bir ailənin 2 və daha çox üzvünün birlikdə əldə etdiyi kredit məhsuludur. "Ailə krediti"-nin əsas üstünlüyü illik faiz dərəcəsində 6%-dək endirim və daha böyük kredit məbləğdir.

"Ailə krediti"-ni kimlər ala bilər?
"Ailə krediti"-ndə ərizəçi kimi yalnız 1-ci dərəcəli qohumlar (ata, ana, bacı, qardaş, həyat yoldaşı və minimum yaşı 20 olan övladlar) iştirak edə bilər. Ərizəçi qismində "Bank of Baku"-nun daimi müştəriləri və heç vaxt bankdan kredit almamış yeni müştərilər çıxış edə bilər.

"Ailə krediti" güzəştləri hansı meyarlara əsasən təyin edilir ?
Banka müraciət edən ailə üzvlərinin sayı artdıqca təqdim olunan kreditin məbləği də artır və hər yeni ailə üzvünə görə əldə edilən illik faiz dərəcəsində endirim yüksəlir. Maksimal endirim 6%-dəkdir. "Bank of Baku"-nun tarixçəli müştərilərinə daha yüksək imtiyazlar nəzərdə tutulur.

Kreditin maksimal məbləği və müddəti nə qədərdir ?
Maksimal müddət - 48 ay
Maksimal məbləğ - 20,000 AZN

Daha ətraflı məlumat:
http://www.bankofbaku.com/az/stock/ailevi-gel-daha-boyuk-kredit-meblegi-ve-endirim-al/

AILE yaz, SMS ilə 8145-ə göndər

145 Məlumat Mərkəzi

www.facebook.com/bankofbaku

www.bankofbaku.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti